“Müasir metodist” layihəsinin iştirakçıları ilə görüş keçirilib.
İdarə müdiri Sənan Mənsimli “Müasir metodist” layihəsinin iştirakçıları ilə görüş keçirib.
Görüşdə idarə müdiri layihənin məqsəd və vəzifələrindən danışıb. O, ümumi təhsildə keyfiyyətin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təlim-tədris prosesinə müasir yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıb.Bildirilib ki, “Müasir metodist” layihəsinin əsas məqsədi ümumi təhsil müəssisələrində metodik xidmətin keyfiyyətinin artırılması, müəllimlərə müasir pedaqoji və qiymətləndirmə yanaşmaları üzrə dəstəyin təmin olunması, eləcə də innovativ tədris üsullarının tətbiqinə şərait yaratmaqdır.
Görüş zamanı layihə iştirakçıları həyata keçirdikləri fəaliyyətlər, əldə olunan nəticələr və qarşıda duran hədəflər barədə məlumat veriblər.
Tədbir qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.