Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı, saat 14:30-dan 16:30-dək həyata keçiriləcək.
Vətəndaşlar qəbul zamanı məktəbin fəaliyyəti, tədris prosesi və digər məsələlərlə bağlı müraciətlərini birbaşa məktəb direktorlarına çatdıra bilərlər.
Qəbulun keçirilməsində məqsəd vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların təklif, müraciət və problemlərinin dinlənilməsi, eləcə də təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın və operativliyin artırılmasıdır.