Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə start verilir.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə elan olunmuş vakantlar aşağıda göstərilmişdir.
Vakansiya seçimi mərhələsi başa çatdıqdan sonra müsahibə mərhələsi zamanı aşağıdakılar nəzərə alınacaqdır :
* Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi üçün keçid balı 40 bal müəyyən edilmişdir. Müraciət üçün verilmiş vaxt bitdikdən sonra vakansiya üzrə müraciət etmiş və keçid balını toplamış bütün namizədlər müsahibəyə dəvət olunur.
* Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik olan namizəd vakant yerə təyin olunur. Digər namizədlər isə növbəti müsabiqənin müsahibə mərhələsinədək ehtiyat kadrlar siyahısına daxil edilir.
* Tərbiyəçi müəllimlərin işə qəbul müsabiqəsində (test mərhələsində) iştirak etmiş və minimum 40 bal nəticə göstərmiş şəxslər aşağıda qeyd edilmiş linkə daxil olaraq vakansiya seçərək müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
* Namizədlər yalnız bir vakant yer seçə bilərlər.
Qeyd: Qeydiyyatdan keçən zaman məlumatlarınızı doğru qeyd etməyiniz xahiş olunur. Namizədlər 04 noyabr 2025-ci il saat 17:00-dək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/vvTQV7Uz9Ti8gw5a6
Vakant yerlərin siyahısı: https://drive.google.com/file/d/1rkyCJVkiixwVyeQwJCo69bh_lnaf28zp/view?usp=sharing