04.11.2025

“Məktəblilər arasında respublika çempionatı”nın zona mərhələsi keçirilib  

“Məktəblilər arasında respublika çempionatı”nın zona mərhələsi keçirilib

 

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə “Məktəblilər arasında respublika çempionatı”nın basketbol idman növü üzrə zona mərhələsi keçirilib.

Çempionat Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə reallaşdırılıb. Yarışın əsas məqsədi məktəblilərin fiziki hazırlığını gücləndirmək, sağlam həyat tərzini təbliğ etmək və şagirdlər arasında idmana marağı artırmaqdır.

 

Gərgin idman mübarizəsi şəraitində keçən oyunlarda məktəblilər komandalar halında bacarıq və məharətlərini nümayiş etdiriblər.

 

Zona mərhələsinin nəticələrinə əsasən, oğlanlar arasında I yerə Tərtər rayonu, II yerə Bərdə rayonu, III yerə isə Füzuli rayonu, qızlar arasında isə I yerə Ağdam rayonu, II yerə Tərtər rayonu, III yerə Füzuli rayonu layiq görülüb. Qalib komandalar yarışın final mərhələsində iştirak etmək hüququ qazanıblar.

 

I, II və III yerləri tutan komandalar təşkilatçılar tərəfindən diplomlarla təltif olunublar.

 

Qalib komandalarımızı təbrik edir, onlara final mərhələsində uğurlar arzulayırıq.