05.11.2025

Zəfər Gününə həsr olunmuş tədbir keçirilib  

Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

 

8 Noyabr – Zəfər Günü münasibətilə Qarabağ Regional Təhsil İdarəsinin və Azad Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə rayon komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

 

Tədbirdə Bərdə rayonu üzrə ümumi təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Qarabağ Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərə dərin ehtiramını bildirib.

 

Tədbir iştirakçıları – şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da çıxış edərək Zəfər Gününün əhəmiyyətindən, qəhrəmanlarımızın göstərdiyi igidlikdən danışıblar.

Tədbir zamanı Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçılara hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib