06.11.2025

"Zəfər Günü" tədbiri keçirilib

Füzuli rayon M.M. Xəzani adına internat tipli musiqi təmayüllü gimnaziyada "Zəfər Günü" tədbiri keçirilib

 

Bu gün Füzuli rayon M.M. Xəzani adına internat tipli musiqi təmayüllü gimnaziyada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə şəhid ailələri, şəhid övladları və qazilər iştirak ediblər. Çıxış edənlər 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyətindən danışıblar.

 

Tədbir gimnaziyanın müəllim və şagirdlərindən ibarət musiqi kollektivinin hazırladığı konsert proqramı ilə davam etdirilib.