Tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində elan olunmuş tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib.
Müsahibə zamanı namizədlərin ünsiyyət bacarığı, pedaqoji hazırlığı və peşə dəyərləri qiymətləndirilib.
Seçilmiş vakant yerlər üzrə ən yüksək bal toplamış namizəd uğurlu hesab ediləcəkdir.
Qeyd edək ki, müsahibələr 13-14 noyabr tarixlərində də davam edəcəkdir