Qarabağ Regional Təhsil İdarəsinin əhatə etdiyi regionda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan psixoloqların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə təlimlər həyata keçirilir
Ağcabədi rayonu üzrə ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 62 ümumi təhsil müəssisəsindən 64 psixoloq təlimdə iştirak edib. Təlimlər 2025-ci il 13-14 noyabr tarixlərində keçiriləcəkdir.
Qeyd edək ki, təlimlərin əsas məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarının inkişaf etdirilməsi, şagirdlərlə psixoloji işin səmərəliliyinin artırılması, müasir yanaşmalar və metodlarla tanış olmalarının təmin edilməsidir.