“Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib.
20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 280 ümumi təhsil müəssisəsində uşaqların hüquqlarının qorunması və bu istiqamətdə maarifləndirmənin artırılması məqsədilə silsilə tədbirlər həyata keçirilib.
Aylıq müddətində məktəblərdə uşaqların hüquqi maarifləndirilməsini gücləndirmək, onların öz hüquqlarını tanıması və tətbiq bacarıqlarını artırmaq məqsədilə müxtəlif mövzular üzrə dəyirmi masalar, maarifləndirici görüşlər, interaktiv açıq dərslər, təqdimatlar və müzakirələr təşkil olunub. Tədbirlər zamanı həmçinin uşaq hüquqlarına dair beynəlxalq və milli sənədlər barədə məlumat verilib, şagirdlərin sualları cavablandırılıb.