27.11.2025

Ağdam rayonunda vətəndaş qəbulu keçirilib. 

Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir.

 

Noyabrın 27-də Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Ağdam rayonunda vətəndaş qəbulu keçirib.                                                                                                                             
Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunma, yerdəyişmə həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.                                                                                                                                          
İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə müvafiq tapşırıqlar verib.