"Korrupsiyaya qarşı mübarizə tədbirləri" mövzusunda görüşlər keçirilib
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon təhsil sektorlarının müdirləri tərəfindən 01–04 dekabr tarixlərində ümumtəhsil müəssisələrinin rəhbərləri ilə korrupsiyaya qarşı mübarizə mövzusunda görüşlər təşkil olunub.
Görüşlərdə rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və məktəb direktorları iştirak ediblər.
Tədbirlər zamanı təhsil sahəsində şəffaflığın artırılması, etik davranış qaydalarına əməl olunması, korrupsiya risklərinin azaldılması və idarəetmədə hesabatlılığın gücləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb.
Məktəblərdə şəffaf idarəetmənin təşviqi, rəqəmsal proseslərin tətbiqi, valideyn–məktəb kommunikasiyasının daha açıq qurulması və sui-istifadə hallarının qarşısının alınması ilə bağlı müvafiq tövsiyələr verilib.
Görüşlərin əsas məqsədi təhsil müəssisələrində sağlam idarəetmə mühitinin formalaşdırılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha səmərəli həyata keçirilməsidir.