Qarabağ Regional Təhsil İdarəsi üzrə valideyn konfransları davam edir
Qarabağ Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Ağdam, Bərdə, Tərtər rayonlar və Xankəndi şəhəri üzrə valideyn konfransı keçirilib. Təlim formatında təşkil olunan tədbirdə məktəb rəhbərləri, psixoloqlar, müvafiq qurumların nümayəndələri və valideynlər iştirak ediblər.
Konfransda tədris motivasiyası və öyrənmə, rəqəmsal təhlükəsizlik, sağlam həyat tərzi, şagird davranışı və təhlükəsizlik qaydaları mövzularında təqdimatlar edilib, aktual məsələlər ətrafında müzakirələr aparılıb.
Tədbir məktəb–valideyn əməkdaşlığının gücləndirilməsi və valideynlərin maarifləndirilməsi məqsədi daşıyıb.