Qarabağ Regional Təhsil İdarəsində uğurlu şagirdlərlə görüş keçirilib
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli respublika və beynəlxalq səviyyəli müsabiqələrdə uğur qazanan şagirdlərlə görüş keçirib. Görüş zamanı idarə müdiri şagirdləri əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə şagirdlər qazandıqları uğura gedən yol və əldə etdikləri təcrübə barədə fikirlərini bölüşüb, valideynlər və müəllimlər isə göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin 10-cu sinif şagirdi Quliyev Hidayət Elməddin oğlu "Beynəlxalq Yeniyetmələr Təbiət Elmləri Olimpiadası 2025 ( İJSO 2025)"də fizika fənni üzrə uğurlu nəticə göstərərək bürünc medal qazanıb.
Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Ağalarov Samir Sahib oğlu məktəblilərarası Milli Hakaton yarışmasında Respublika üzrə 3 yerə layiq görülüb
Şagirdlərimizi, onların valideyn və müəllimlərini təbrik edir, yeni uğurlar arzulayırıq!