30.12.2025

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir təşkil olunub.  

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir təşkil olunub.

 

Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin məsləhətçisi İsmayıl İsmayılov və digər rəsmi qonaqlar iştirak ediblər. Məktəbin pedaqoji heyəti, şagirdlər, valideynlər iştirak edib. 

 

Çıxışı zamanı Sənan Mənsimli bütün şagirdləri və məktəb kollektivini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. O, Şuşada bu tədbirin keçirilməsinin qürurverici olduğunu qeyd edərək, müəllimlərin daha yüksək məsuliyyət və peşəkarlıqla çalışmağının vacibliyini vurğulayıb. Həmçinin məktəbin müxtəlif yarış və müsabiqələrdə qazandığı uğurlardan söz açan idarə müdiri mövcud nailiyyətlərin davam etdirilməsi və yeni hədəflərə doğru irəliləmək üçün ardıcıl işlərin aparıldığını diqqətə çatdırıb.

 

Tədbir çərçivəsində şagirdlərin təqdim etdiyi rəqs və musiqi nömrələri, səhnəciklər və bədii kompozisiyalar bayram ab-havasını daha da zənginləşdirib.