"Məktəblər üçün PISA" tədqiqatına başlanılıb.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Məktəblər üçün PISA" tədqiqatına start verilib.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 9 ümumtəhsil məktəbi sözügedən qiymətləndirməyə cəlb olunub. Hər məktəb üzrə 50 nəfər şagird iştirak edir. Qiymətləndirmənin ilk günü Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə mərkəzləşdirilmiş qaydada təşkil edilib
Qeyd edək ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır.