Ümumi təhsil müəssisələrində qış məktəbi təşkil olunur.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində faəliyyət göstərən 200-dən çox ümumi təhsil müəssisəsində 27 yanvar tarixindən etibarən qış məktəbi təşkil olunur.
Qış məktəbinin keçirilməsində əsas məqsəd şagirdlərin tətil müddətində asudə vaxtlarının səmərəli təşkili, onların mövcud biliklərinin möhkəmləndirilməsi, fənlər üzrə əlavə bilik və bacarıqlar qazanmalarına dəstək olmaqdır.
Qeyd edək ki, qış məktəbi çərçivəsində şagirdlər üçün müxtəlif tədris-məşğələ dərsləri, intellektual və yaradıcı fəaliyyətlər, fərdi və qrup işləri həyata keçirilir. Keçirilən məşğələlər şagirdlərin məntiqi təfəkkürünün inkişafına, öyrənməyə maraqlarının artırılmasına və sosial bacarıqlarının formalaşdırılmasına xidmət edir.