13.03.2026

“Sabahın Alimləri” XV Respublika Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb.

“Sabahın Alimləri” XV Respublika Müsabiqəsinin final mərhələsində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri uğur qazanıblar.

 

Ağdam rayonu Ayaz Abbasov adına Qaradağlı kənd tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Ağaməmmədli Nuray Anar qızı, Ağdam rayonu Ziyəddin İsgəndərov adına Çəmənli kənd tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Əlizadə Dəniz Babək qızı və Füzuli rayon 3 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Səmədli Ləman İlham qızı müsabiqədə bürünc medal qazanıblar.

 

Səmədli Ləman İlham qızı “Smart Universal Monitoring 360” layihəsi ilə Mühəndislik, Ağaməmmədli Nuray Anar qızı və Əlizadə Dəniz Babək qızı isə “BioNanoÖrtük” layihəsi ilə Biologiya istiqaməti üzrə uğur əldə ediblər.

 

Qalib şagirdləri və onların müəllimlərini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.