05.05.2026

Qarabağ Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilər arasında minifutbol yarışı keçirilib.  

Qarabağ Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilər arasında minifutbol yarışı keçirilib.

 

Yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Yarışda Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər və Xocavənd rayonlarını təmsil edən komandalar iştirak edib. 11–13 yaş qrupu üzrə təşkil olunan yarışda hər rayondan 8 şagirddən ibarət komandalar öz gücünü sınayıb.

 

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda Bərdə rayonu I yerə, Ağdam rayonu II yerə, Füzuli rayonu isə III yerə layiq görülüb. Qalib komandalar diplom və mükafatlarla təltif olunublar.

 

Tədbirdə çıxış edənlər Ümummilli liderin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək, bu cür yarışların gənc nəslin fiziki və mənəvi inkişafında mühüm rol oynadığını vurğulayıblar.

 

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, komandalararası dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, eyni zamanda Ulu Öndərin zəngin irsinin gənc nəslə aşılanmasıdır.