06.05.2026

Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü  ildönümünə həsr olunmuş məktəblilərarası intellektual bilik yarışı keçirilib.  

Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü  ildönümünə həsr olunmuş məktəblilərarası intellektual bilik yarışı keçirilib.

 

Yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Yarışda idarə müdiri Sənan Mənsimli,  Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Suqra Cəfərova, məktəb direktorları, şagird və valideynlər iştirak edib.

İdarə müdiri çıxış edərək iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb və belə tədbirlərin şagirdlərin bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb. O, iştirakçıları fəal olmağa və ədalətli mübarizə aparmağa səsləyib.

 

Məktəblilərarası intellektual bilik yarışının keçirilməsində əsas məqsəd, ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif rayonlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir. 


 Sualların müxtəlif istiqamətdə olması iştirakçıların təkcə biliyini deyil, məntiqi təfəkkürünü və yaradıcı yanaşma bacarıqlarını üzə çıxarır. Komanda tərkibi rayon və şəhərlərə görə ümumilikdə yeddi rayon üzrə müəyyən olunmuş və hər komandada 6 nəfərdən ibarət şagird iştirak etmişdir.

 

 Qiymətləndirmə münsiflər heyəti tərəfindən aparılmış, ən yüksək nəticə göstərən üç komanda qalib elan edilmişdir. Belə ki, I yerə layiq görülən Ağcabədi rayonu üzrə komanda kubok və diplomla təltif olunmuş, II yeri Xankəndi şəhəri üzrə komanda, III yeri isə Ağdam rayonu üzrə komanda tutmuşdur. II və III yerlərin sahibləri diplomlarla mükafatlandırılmışdır.