06.05.2026

İşğaldan azad edilmiş ərazilərdə yeni fəaliyyətə başlayan təhsil müəssisələrində tədris prosesinə baxış keçirilib.  

İşğaldan azad edilmiş ərazilərdə yeni fəaliyyətə başlayan təhsil müəssisələrində tədris prosesinə baxış keçirilib.

 

Xocavənd rayon 1 nömrəli tam orta ümumtəhsil məktəbi və Qırmızıbazar qəsəbə tam orta məktəbində və Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında tədris prosesinə baxış keçirilib.

 

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli yeni fəaliyyətə başlayan ümumi təhsil müəssisələrində dərs prosesini izləyib, tədrisin təşkilini qiymətləndirib.

 

Eyni zamanda müəllimlərlə görüş keçirilib, tədrisin keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılıb.