Qarabağ Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilərarası şahmat turniri keçirilib.
Turnir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ağcabədi rayon Təhsil Sektorunun müdiri Teymur Qasımov yarış iştirakçılarını və qonaqları salamlayaraq turnirin əhəmiyyətindən danışmış, iştirakçılara uğurlar arzulayıb.
Daha sonra Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Teymur Kərimov çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında eyni zamanda yarış barədə ətraflı məlumat verilib.
Turnirin nəticələrinə əsasən Heydərli Nihal Rüstəm qızı I yer(Bərdə), Hüseynov Həsən Yusif oğlu II yer (Ağcabədi), Bayramlı Aliyə Rəşad qızı – III yer(Tərtər) layiq görülüb.
Qalib iştirakçılar diplomla təltif ediliblər.