13.05.2026

2025–2026-cı tədris ili üzrə XI sinif buraxılış imtahanı nəticələrinin təhlili və qarşıda duran vəzifələr mövzusunda görüş keçirilib.

2025–2026-cı tədris ili üzrə XI sinif buraxılış imtahanı nəticələrinin təhlili və qarşıda duran vəzifələr mövzusunda görüş keçirilib.

 

Görüşdə Bərdə rayonu üzrə  ümumtəhsil məktəbinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, eləcə də XI siniflərdə tədris aparan Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənn müəllimləri iştirak ediblər.

Müzakirələr zamanı buraxılış imtahanı nəticələrinin məktəblər və fənlər üzrə müqayisəli təhlili aparılıb, zəif nəticə göstərən məktəblərdə mövcud problemlər araşdırılıb və ali təhsil müəssisələrinə qəbul mərhələsinə hazırlıq səviyyəsinin artırılması istiqamətində görüləcək işlər müəyyənləşdirilib.Fənn müəllimləri tərəfindən şagirdlərin esse yazı bacarıqları, açıq tipli tapşırıqlar üzrə məntiqi yanaşma və dinləmə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirilib.

 

Yekunda zəif nəticə göstərən məktəblərdə monitorinqlərin keçirilməsi, qabaqcıl təcrübələrin tətbiqi məqsədilə “ustad dərsləri”nin təşkili, aşağı nəticə göstərən şagirdlərlə fərdi işin gücləndirilməsi və məktəblər tərəfindən hesabatlılığın təmin olunması barədə müzakirə aparılıb.