Ağdam şəhəri 1 nömrəli tam orta məktəbdə valideyn konfransı keçirilib.
Konfransda idarə müdiri Sənan Mənsimli, Ağdam rayonu üzrə hüquq mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları və valideynlər iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində valideynlərlə maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda XI sinif buraxılış imtahanının nəticələri iştirakçıların diqqətinə çatdırılıb.
İdarənin əməkdaşları tərəfindən “Süni intellekt və kiber təhlükəsizlik”, həmçinin “Şagird davranış qaydaları” mövzularında slayd təqdimatları nümayiş etdirilib.
Konfrans zamanı məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi, şagirdlərin təhlükəsizliyi və təhsil nailiyyətlərinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.