25.08.2026

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında vakant tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib

24 avqust 2026-cı il tarixində Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında vakant tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib.

 

Müsahibə zamanı namizədlərin ünsiyyət və təqdimetmə bacarıqları, məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyələri, peşəyə yanaşmaları və dəyərləri qiymətləndirilib.

 

Müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərə sms vasitəsilə göndəriləcək.