26.05.2016

Şagirdlər  arasında “Doğma Azərbaycanım” mövzusunda şeir müsabiqəsi keçirilib.  

       25 may 2016-cı il tarixdə  Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə  Təhsil şöbəsinin və Gənclər və İdman idarəsinin   birgə təşkilatçılığı ilə “28 may- Respublika günü” münasibətilə  orta məktəb şagirdləri  arasında    “Doğma Azərbaycanım” mövzusunda   şeir müsabiqəsi  keçirilib. Müsabiqədə 16 məktəb (8 şəhər,8 kənd)  üzrə 62 şagird  iştirak edib. Müsabiqə iştirakçılarının qiymətləndirilməsi və qaliblərin müəyyən edilməsi üçün aşağıdakı tərkibdə münsiflər heyəti təyin edilib:

         1.İsmayıl Adıgözəlov-  Təhsil şöbəsinin müdir müavini 

         2.Aydın Qasımov      - Gənclər və idman idarəsinin baş məsləhətçisi   

         3.Avtab Cəbrayılova - Gənclər və idman idarəsinin aparıcı- məsləhətçisi

         4.Sədiqə Vəliyeva   - Rayon Təhsil şöbəsinin metodisti 

         5.Cəmilə Qarayeva  - Rayon Təhsil şöbəsinin metodisti

        Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq   tədbirlə bağlı məlumat verib.

        Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, Təhsil şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov çıxış edərək qarşıdan gələn “28 may- Respublika günü”  münasibətilə təbriklərini söylədilər, ikinci dəfə qazanılmış müstəqilliyimizin qorunub saxlanılmasında   Ulu Öndər Heydər Əliyevin  göstərdiyi əvəzsiz  xidmətlərindən,  onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğısından,gənclərimizin  vətənpərvərlik  ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən  danışıblar. Çıxışlarda həmçinin qeyd olundu ki,milli dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər  ölkə başçımız cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilib.

     Tədbirin açılışında və fasilələrdə Gənclər və İdman idarəsinin könüllüləri tərəfindən hazırlanmış musiqi nömrələri iştirakçılara təqdim olunub.

         Müsabiqənin  keçirilmə vaxtı heç bir əsasnamə pozuntusuna yol verilməyib.

         Münsiflər heyətinin  yekdil qərarına əsasən qaliblər aşağıdakı kimi müəyyən edilib:

        I  yer – Hüseynzadə Ramil Famil oğlu- E.Məmmədov adına  Samux kənd tam orta məktəbin 9 sinif şagirdi

        I yer- İsmayılova Lamiyə Kəyan qızı- T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbin 9 sinif şagirdi

        II yer - Rzazadə Raul Bəxtiyar oğlu -Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin 2 sinif şagirdi

        II yer- Məmmədova Gülşən Asif qızı – Tofiq İsmayılov adına şəhər 1 saylı tam orta məktəbin 8 sinif şagirdi

        III yer- Ələsgərova Nərmin Xəqani qızı -  F.Muradov adına şəhər 7 saylı  ümumi  orta məktəbin 1 sinif şagirdi

        III yer-Ağayeva Züleyxa Rəhman qızı- N.Gəncəvi adına şəhər 2 saylı tam orta məktəbin 8 sinif şagirdi

        III yer- Allahverdiyeva Nəzrin İbad qızı- N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin 8 sinif şagirdi

        Qaliblərə  təşkilatçılar tərəfindən hazırlanmış müvafiq dərəcəli diplomlar təqdim olunub. 

 


Açar sözlər: