Fərzəliyev Dəyanət Xaliq oğlu 1984-cü ildə Ağcabədi rayonu Hindarx qəsəbəsində ziyalı ailədə anadan olub.1990-2000-ci illərdə Hindarx qəsəbə 1 saylı tam orta məktəbində tam orta təhsil alıb,2000-ci ildə Gəncə Dövlət Universitetinin “Riyaziyyat və İnformatika” ixtisasına qəbul olmuş və 2004-cü ildə GDU-nuBakalavr dərəcəsi ilə bitirmişdir.

2004-2005-ci ildə hərbi xidmət keçərək "Kiçik çavuş" rütbəsində "Sanitar manqa komandiri" vəzifəsilə ehtiyata buraxılmışdır.

2005-2021-ci illər ərzində Milli qəhrəman Etibar İsmayılov adına Ağcabədi rayon Hindarx qəsəbə 1 saylı tam orta məktəbdə informatika müəllimi kimi fəaliyyət göstərmişdir.Fəaliyyəti dönəmində bir çox uğurlara imza atmışdır.Belə ki,təhsil sahəsində müəyyən proqramlarvə mövzular  üzrə çoxlu sayda kurslarda,müsabiqələrdə uğurla iştrak edərək sertifikat və diplomla təltif olunmuşdur.Eyni zamanda, Təhsilin inkişafındakı xidmətinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görədəfələrlə fəxri fərmanla təltif olunmuşdur.Fəxri fərmanların içərisində, Məktəb rəhbərliyinin, Rayon Təhsil Şöbəsinin, Azərbaycan Təhsil İşçiləri Azad həmkarlar ittifaqının Ağcabədi rayon komitəsinin,Azərbaycan Təhsil İşçiləri Azad həmkarlar ittifaqınınrespublika komitəsinin,Ağcabədi rayon İcra hakimiyyəti başçısının və Təhsil Nazirliyinin Fəxri fərmanları da yer almışdır.

2008-ci ildən Yeni AzərbaycanPartiyasının sıralarına qoşulmuş və Yeni Azərbaycan  Partiyasının Rayon Gənclər Təşkilatının qərargah heyətinin üzvü seçilmişdir.

2013-2015-ci illər “Mədəd Azərbaycan” MMC-də  Təlimçi kimi fəaliyyət göstərmiş.

2014-cü il dekabr ayında keçirilən  Bələdiyyə seçkilərində  YAP tərəfindən namizədliyi irəli sürülmüş və seçkilərdə yüksək səs topluluğu ilə Hindarx qəsəbə  Bələdiyyəsinə  üzv  seçilmişdir.

2014-2016-cı illərdə  Ukrayna respublikasının  Xarkov  Dövlət  İqtisad  Universitetinin "Maliyyə  və iqtisadi  təhlükəsizliyin idarə  olunması" ixtisasının  qiyabi  şöbəsində magistr təhsili pilləsi üzrə təhsil almışdır.

2015-ci ildə 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmışdır.

2014-2015-ci tədris ilində  “İlin Ən Yaxşı müəllimi”müsabiqəsinin qalibi olmuşdur.

2015-2016-cı ildə “İlin Peşəkar Gənci” Müsabiqəsinin mükafatçısı olmuşdur.

2016-2021-cı illərdə “İTE”-Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzində "Fənn kurikulumu", "Milli Təhsil Məlumat Bazası", "İKT-nin tədrisdə rolu", "MS Teams" (Virtual Məktəb) və s.mövzular üzrə təlimçi kimi fəaliyyət göstərmişdir.

2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi “Təhsil Meneceri” müsabiqəsinin bütün   mərhələlərindən uğurla keçərək Ağcabədi və ətraf rayonlar üzrə  "Təhsil Meneceri"  təyin olunmuşdur.

2017-2018-ci illərdə Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci və 2-ci  qrant müsabiqəsi”-nin qalibi olmuşdur.

2019-2021-ci illər Təhsil Nazirliyi, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin Ağcabədi,Ağdam,Bərdə vəTərtər rayonları üzrə layihə koordinatoru kimi fəaliyyət göstərmiş və Təhsil Nazirliyinin regionda keçirdiyi bütün tədbirlərdə, o cümlədən Uşaq bağçalarında, Ümumtəhsil məktəblərində keçirilən monitorinqlərdə iştrak etmiş və  MİQ,DİQ,RFO və s. müsabiqələrdə İmtahan rəhbəri kimi dəstək göstərmişdir.

 2021-2022-ci il iyun ayına kimiN.Allahverdiyev adına Ağcabədi Peşə Məktəbində direktor vəzifəsində çalışmış, həmin dönəmdə "Təcrübə mübadiləsi" məqsədilə Azərbaycan və Türkiyə arasında bağlanmış müqavilə əsasında Türkiyənin İstanbul şəhərində respublikamızın 15-ə yaxın  Peşə Təhsil müəssisə rəhbərlərindən biri olaraq 2 həftəlik proqram çərçivəsində iştrak etmiş və sertifikatla təltif olunmuşdur.

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında yaradılmış Qarabağ Regional Təhsil İdarəsinə Təhsil nazirinin müvafiq əmri ilə 23 iyun 2022-ci il tarixdə İnzibati təşkilat sektorunun  müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, 4 övladı var.