"Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 191; 2007, № 2, maddə 185; 2008, № 2, maddə 130; 2009, № 10, maddə 857) ilə təsdiq edilmiş "Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5-ci hissədə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin və yerli təhsil şöbələrinin" sözləri "yerli icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin;
1.2. 28-ci hissədə "Təhsil Nazirliyi" sözləri "yerli icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilsin;
1.3. 33-cü hissədə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi" sözləri "yerli icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 2 mart 2012-ci il
№ 54