“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsi, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 3.8-ci bəndi nəzərə alınmaqla “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq uzun müddət təhsildən kənarda qalmış şəxslərin, eləcə də ümumi təhsil müəssisələrindəki xüsusi istedadı ilə fərqlənən şagirdlərin fərdi təhsilinin tənzimlənməsinin təmin olunması məqsədilə
ƏMR EDİRƏM:
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:
2.1.“Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın məzmununun məktəb rəhbərlərinə çatdırılmasını, valideynlərin məlumatlandırılması üçün müvafiq təşviqat işləri aparılmasını təmin etsinlər, fərdi təhsilin təşkili ilə bağlı məsələlərin müəyyən olunmuş qaydalar çərçivəsində həyata keçirilməsini ciddi nəzarətdə saxlasınlar.
2.2. Hər bir dərs ilinin sonunda Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinə fərdi təhsilin təşkili sahəsində mövcud vəziyyəti əhatə edən arayış təqdim etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin çoxaldılıb yerlərə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində və Nazirliyin “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4.Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl Cabbarov,
Azərbaycan Respublikasının təhsil naziri
29 may 2014-cü il № 645