"Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına və "Təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 2218 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRARA ALIR:

 

1."Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ümumi təhsili həyata keçirən təhsil müəssisələrində təhsilalanların attestasiyasının aparılması, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarının layihəsini aidiyyəti qurumlarla razılaşdırmaqla, üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

 

Artur Rasi-zadə,
 Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 12 dekabr 2016-cı il
№ 498