Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2018-2019-cu dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının lisey, məktəb-lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

        

1. Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyalarının təmayül sinifləri üçün  2018-2019-ci dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” (1-7 nömrəli əlavələr) təsdiq edilsin.

2. Lisey, məktəb-lisey və gimnaziyaların X-XI təmayül siniflərində Azərbaycan Respublikası təhsil nazirinin 20.07.2018-ci il tarixli, F-526 nömrəli əmri ilə təsdiq olunmuş tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2018-2019-cu dərs ili üçün  tədris planlarından istifadə edilsin.

3. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.                                                                      

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

24 avqsut 2018-ci il

F-572


 

Əlavə:

 

Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyalarının təmayül sinifləri üçün  2018-2019-ci dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” (1-7 nömrəli əlavələr)