“Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli 897 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1.Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ali, orta ixtisas və peşə təhsili müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 20 dekabr 2019-cu il tarixinədək Təhsil Nazirliyinin aparatına hesabat təqdim etsinlər.
3. Nazirliyin aidiyyəti struktur bölmə rəhbərləri Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin iş planlarına daxil edilməsini, onların icrasına nəzarəti, təhsil müəssisələrinə təşkilati köməklik göstərilməsini və daxil olmuş hesabatların ümumiləşdirilib rəhbərliyə təqdim olunmasını təmin etsinlər.
4. İnformasiya şöbəsi (Elnur Məmmədov) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti struktur bölmələrə, yerli təhsili idarəetmə orqanlarına, ali, orta ixtisas və peşə təhsili müəssisələrinə çatdırılmasını, Nazirliyin internet səhifəsində yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və keçiriləcək tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.
5.Əmrin icrasına nəzarəti öz üzərimə götururəm.
Əsas:“Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli 897 nömrəli Sərəncamı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 18 fevral 2019-cu il tarixli 49 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planı.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
15 mart 2019-cu il
F-136