10.05.2016

Bərdə rayon məktəbləri arasında “Nə?, Harada?, Nə zaman?” intellektual oyunun rayon çempionatı keçirilib

6 may 2016-cı il tarixdə Bərdə Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və YAP-nın Bərdə rayon təşkilatının birgə təşkilatçılığı ilə  Bərdə şəhər 7 saylı ümumi orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş rayonun ümuməthsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 16 məktəbin komandasının iştirakı ilə “Nə?, Harada?, Nə zaman?” intellektual oyunun rayon çempionatı keçirilib. I yerin qalibi Xanqaraqoyunlu kənd tam orta məktəb, II yerin qalibi şəhər 7 saylı ümumi orta məktəb, III yerin qalibi Mirzalıbəyli kənd tam orta məktəbin komandası olub.


Açar sözlər: