2026–2027-ci tədris ili üzrə Qarabağ Regional Təhsil İdarəsində müşavirə keçirilib.
Müşavirədə idarə müdiri, rayonlar üzrə təhsil sektorlarının müdirləri və idarənin əməkdaşları iştirak edib.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki rayonlar üzrə keçirilən konfransların əsas nəticələri ümumiləşdirilib, 2026–2027-ci tədris ili üzrə qarşıda duran prioritet istiqamətlər və nəticə gözləntiləri müzakirə olunub.
Müzakirələr zamanı məktəblərin kateqoriyaları üzrə mövcud vəziyyət, A/B kateqoriyalı məktəblərin mentorluq imkanları, C/D kateqoriyalı məktəblərin əsas problemləri, xüsusi nəzarət tələb edən məktəblər, məktəb rəhbərlərinin hədəf və öhdəlikləri, eləcə də fənlər üzrə metodiki fəaliyyətlər nəzərdən keçirilib.
Keyfiyyət fəaliyyət planı üzrə problemlərin müşahidə edildiyi əsas proseslər diqqət mərkəzində saxlanılıb. Özünüqiymətləndirmə, məktəb pasportu və SWOT təhlili, dərsdinləmə və əks-əlaqə prosesi, məktəbdaxili qiymətləndirmənin etibarlılığı, zəif nəticə göstərən şagirdlərlə sistemli fəaliyyət, müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri ətrafında müzakirələr aparılıb.
Həmçinin rayonlar üzrə IV, VI, IX və XI sinif şagirdlərinin nəticələrinin təhlili təqdim edilərək müzakirə olunub. Aşağı nəticə göstərən rayon və məktəblər üzrə görüləcək tədbirlər, fənlər üzrə metodiki fəaliyyətlər və region üzrə illik nəticə hədəfləri müəyyənləşdirilib.