23.09.2017

21 Sentyabr Beynəlxalq Sülh günü

21  sentyabr 2017-ci il tarixdə Akademik Z.Əliyeva adına texniki fənnlər təmayüllü məktəb-liseydə Bərdə rayon  Gənclər və İdman  idarəsinin, Təhsil şöbəsinin   və  məktəb-liseyin birgə  təşkilatçılığı ilə  “ 21 sentyabr- Beynəlxalq  Sülh  günü“ nə həsr olunmuş ” Biz sülhə səs veririk” mövzusunda  yeniyetmə  və  gənclərin  iştirakı ilə   diskussiya  keçirilib.

Tədbiri giriş sözü ilə   Akademik Z.Əliyeva adına texniki fənnlər təmayüllü məktəb-liseyin direktoru  Vidadi  Süleymanov açaraq  tədbir  iştirakçılarını salamladı və “21 sentyabr - Beynəlxalq  Sülh  günü” münasibətilə  təbriklərini söylədi .Qeyd etdi ki, yeniyetmə və gənclərin iştirakı ilə keçirdiyimiz bu tədbirin məqsədi  dünyada baş verən qlobal dəyişikliklərin baş verdiyi  bir vaxtda qaynar nöqtələr barədə məlumatın toplanması və gənclərin bu barədə məlumatlılığının artırılması,dünyada sülhün qorunmasının vacibliyinin onlara çatdırılmasıdır.   “1981-ci ildən etibarən dünyada qeyd olunan “Sülh günü”nün keçirilməsi müharibə həyatını keçmiş və hazırda sülh şəraitində yaşayan Azərbaycan  xalqı üçün  də vacib əhəmiyyət daşıyır.

           Ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.   

Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov  “ 21 sentyabr- Beynəlxalq  Sülh  günü“ nə həsr olunmuş ” Biz sülhə səs veririk” mövzusunda  məruzə etdi. O,öz məruzəsində sülhə aid bir çox məsələlərə toxundu. Qeyd etdi ki,əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, öz ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən ən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi.

“Beynəlxalq Sülh Günü”nün yaranma tarixinə də nəzər salan A.Şahbazov ölkəmizdə sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması üçün Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən aparılan  zəruri tədbirlərdən də danışdı. Qeyd etdi ki,bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. A.Şahbazov öz məruzəsində “sülh mədəniyyəti” mövzusuna da toxundu.Qeyd etdi ki,biz inanırıq ki, sülh mədəniyyəti bütün dövlətlər və xalqlar arasında münaqişələrin həllinə başlıca amil olacaq, gələcək nəsillərin təhlükəsiz və müharibəsiz dünyada yaşamasına şərait yaradacaqdır.Və son olaraq qeyd etdi ki,bu gün dünyada münaqişələrlə bağlı polemikalarda çox aktual olan iki fikir tez-tez təkrarlanır:”Sülh bütün problemlərin həlli prosesidir,yoludur” və “Sülhə aparan yol yoxdur,Sülh özü elə yoldur”.

Rayon  Təhsil şöbəsinin metodisti Sədiqə Vəliyeva çıxış edərək  Sülh gününün yaranma tarixi barədə danışdı.Qeyd etdi ki,BMT bu günü  1981-ci ildə təsis edib.İlk sülh günü 1981-ci ilin  sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır.   

Fəal gənc Namaz Kərimov   çıxış edərək  sülh sözünün anlamı, dəyəri və əhəmiyyəti  barədə danışdı. Qeyd etdi ki, azadlıq, bərabərlik və ədalət rəmzi olan
Sülh - hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. Ona görə  də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il  21 sentyabr tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. 21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Bütün gözəllikləri, maddi və mənəvi dəyərləri ilə  yaşadığımız dünyada sülh şəraitində yaşamalı olan insanlar,çox  təəssüflər ki, haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır.

Sonra tədbir diskussiya xarakterli davam etdirilib.

 


Açar sözlər: ,  ,