02.10.2018

Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

            Oktyabrın 1-də Bərdə rayon ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb.

          Məşğələlərin müddəti - həftədə 4 gün olmaqla, 12 məşğələ, bir gün ərzində 3 məşğələ, bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

          Beşyaşlılara il ərzində 7 fənn - ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət fənnləri tədris ediləcək.

          Bərdə rayonu üzrə 2018-2019-cu tədris ilində 1572 uşaq məktəbəhazırlıq qruplarında təhsil alacaq. Ümumilikdə isə rayonun 74  məktəbində 90 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək.

            Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir.