Sentyabr ayının 25-26-da Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəb psixoloqlarının iştirakı ilə “Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması” mövzusunda təlim həyata keçirilib. Təlimə 55 məktəb psixoloqu və Uşaq birliyi rəhbərləri cəlb edilib.
Təlimçi, psixologia üzrə fəlsəfə doktoru, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Elmira Mirzəyeva təhsildə psixoloji xidmətin məqsədi, vəzifələri və xüsusiyyətləri, sağlamlıq imkanları məhdud uşaqlarla, o cümlədən, şagirdlər ilə psixoloji işin təşkili, məktəb psixoloqunun fəaliyyətinin əsas elementləri, psixoloji qiymətləndirmə və konsultasiya mövzularına dair təqdimatlar edib. Təlimçi tərəfindən müxtəlif problemli situasiyalar üzrə praktiki diaqnostika, konsultasiyalar aparılıb və müzakirələr, qrup işləri, təqdimatlar, rol oyunları kimi təlim üsulları həyata keçirilib.
Bərdə RTŞ Metodiki Xidmət Mərkəzinin direktoru X.Qurbanova həyata keçirilən təlimin əhəmiyyətini qeyd edərək, məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması baxımından faydalı olacağını qeyd edib.
Təlimçinin dəstəyi ilə təlimdə iştirak edən hər bir psixoloq fəaliyyət göstərdiyi məktəbdə riskli davranışlara və zərərli vərdişlərə meyilli uşaqlara təlim zamanı əldə etdiyi biliklərlə sosial - psixoloji xidmətin göstərilməsi və uşaqlar arasında psixodiaqnostika, psixokonsultasiya işini aparmaqla, gördüyü işlər barədə qısa hesabat hazırlayıb, təşkilatçılara göndərilməsinin əhəmiyyəti qeyd olunub.