05.12.2022

Ağcabədi rayonunda sürətli şahmat üzrə rayon turniri keçirilib 

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında sürətli şahmat üzrə rayon turniri keçirilib.

 

Uşaq Gənclər İdman Şahmat məktəbinin binasında baş tutan rayon turnirində 60-dan çox şahmatçı iştirak edib. Gərgin və maraqlı anlarla yadda qalan turnirin yekunda I, II, III yerləri tutan şahmatçılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.


Açar sözlər: ,  ,