Alıbəyli 2 qəsəbə tam orta məktəbində Şəhid Hikmət Səfərov İldırım oğlunun anım tədbiri keçirilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin, YAP Ağdam rayon təşkilatının və Ağdam rayon təhsil sektorunun əməkdaşları, o cümlədən şəhidin ailə üzvləri, məktəb rəhbərliyi, şagird və müəllimlər iştrak ediblər.
Şəhid Hikmət Səfərovun adını daşıyan sinifin şagirdləri onun həyat yolundan, qəhramanlığından bəhs edib və haqqında yazılan şeirlər səsləndiriblər.
Anım mərasimində qeyd olunub ki, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Qeyd edək ki, şəhid Səfərov Hikmət İldırım oğlu Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə” medalları və "3-cü Dərəcəli Rəşadət" ordeni ilə təltif edilib.