10.12.2022

Qaynaq kəndində Şəhid Məmmədov Həsən Asif oğlunun ailəsini ziyarət ediblər və onların problemləri maraqlanıblar

       Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayonu üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev və sektorun əməkdaşları Tərtər rayonun Qaynaq  kəndində Şəhid Məmmədov Həsən Asif oğlunun ailəsini ziyarət ediblər.

            Şəhidin əmanəti  olan 3 övladı -Zamiq Məmmədov, Pərizad Məmmədova və Arzu Məmmədova Qazyan  kənd tam orta məktəbində təhsil alırlar.

            Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.


Açar sözlər: