15.12.2022

VIII sinifdə riyaziyyat fənnindən nümunəvi dərs təşkil olunub

Ağcabədi rayon R.İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbin riyaziyyat müəllimi Aydın Eyvazov tərəfindən VIII sinifində riyaziyyat fənnindən nümunəvi dərs təşkil olunub. Dərsin mövzusu “Paraleloqram və onun xassələri” olub.

Dərsdə məktəbin direktoru, təlim-tərbiyə işıəri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı müavin, psixoloq və riyaziyyat müəllimləri iştirak ediblər.

Şagirdlərin dərsdə fəallığı məktəb direktoru və müəllimlər tərəfindən yüksək qiymətləndirilib. Bildirilib ki, şagirdlər riyaziyyat  fənnini çox həvəslə və sevərək öyrənirlər.


Açar sözlər: ,  ,