16.12.2022

Şəhid Göyüş Adil oğlu Qarayevin doğum günündə xatirəsi anılıb

Bərdə rayonu Mustafaağalı kənd tam orta məktəbdə məktəbin adını daşıdığı şəhid Göyüş Adil oğlu Qarayevin doğum günündə xatirəsi anılıb.

 

Əvvəlcə şəhidin məzarı ziyarət edib, ruhuna dualar oxunub. Hərbi rəhbər və VIII sinif şagirdləri şəhidin şərəfli həyat yolu barəsində ətraflı məlumat veriblər.

 

Daha sonra tədbir məktəbdə davam etdirilib.


Açar sözlər: ,  ,