Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında 2022-ci il ilin noyabr ayından 2023- cü ilin aprel ayınadək “Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqə-festivalı keçirilir.
Müsabiqə-festival çərçivəsidə “Xəmsə” musiqidə, bədii qiraətdə, dramda, təsviri sənət və dekorativ tətbiqi sənətdə və “Nizami Gəncəvi yaradıcılığında ümumbəşəri dəyərlər” mövzusunda inşa müsabiqələri təşkil edilir.
Bu məqsədlə Bərdə rayon təhsil sektoru üzrə məktəb turunun qalibləri arasında müsabiqə-festivalın rayon mərhələsi keçirilib. Rayon mərhələsində yaş qrupları və yuxarıda qeyd olunan nominasiyalar üzrə şagirdlər öz bacarıqlarını nümayiş etdiriblər. Qalib gələn şagirdlərin nominasiyalara uyğun olaraq işləri qiymətləndirildikdən sonra zona mərhələsi üçün təyin olunmuş elektron ünvana göndərilib.
Qeyd edək ki, müsabiqə-festivalın məqsədi uşaq və gəncləri böyük mütəfəkkir Nizami Gəncəvinin klassik irsi ilə tanış etmək, “Xəmsə”nin süjetləri əsasında orta əsrlər Azərbaycan miniatür sənəti, dekorativ-tətbiqi sənət növləri vasitəsilə məktəblilərin bacarıqlarını formalaşdırmaq, Nizaminin dünya ədəbiyyatına bəxş etdiyi “Xəmsə”si vasitəsilə uşaq və gənclərə söz sənətini sevdirmək, dahi şairin əsərlərinə musiqi əsərləri yazmış Azərbaycan bəstəkarlarını tanıtmaq, türkdilli dövlətlərin uşaq və gəncləri arasında dostluq və mədəni əlaqələri genişləndirmək, onlara dahi Nizami Gəncəvi irsini sevdirmək və tanıtmaqdan ibarətdir.