17.12.2022

Qabaqcıl yaradıcı müəllimlərlə təcrübə mübadiləsi məqsədi ilə seminar keçirilib

        Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayonu üzrə təhsil sektorunun tabeliyində olan ümumtəhsil məktəblərində fəaliyyət göstərən gənc tarix, coğrafiya və yeni işə qəbul olunmuş psixoloqların qabaqcıl yaradıcı müəllimlərlə təcrübə mübadiləsi məqsədi ilə seminar keçirilib.

            Seminarda Tərtər rayonu üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, metodist Gülxar Abbasova, 6 nömrəli tam orta məktəbin direktoru Azad Abbasov, psixoloqlar və gənc müəllimlər iştirak ediblər.

            Yeni müəllimlərin daha yaxşı müəllim olmaları üçün öz üzərlərində çox çalışaraq dərslərini müasir təlim üsullarından istifadə etməklə nəticəyönümlü təlimə nail olmalarını tövsiyə ediblər.


Açar sözlər: ,  ,