17.12.2022

“Kod saatı: Rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqənin seçim turu keçirilib

Dekabrın 17-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IV-IX sinif şagirdləri arasında “Kod saatı: Rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqənin seçim turu keçirilib.

 

Müsabiqədə innovativ texnologiyalar sahəsində bacarıqlarını artırmaq, xüsusilə kodlaşma sahəsində özünü sınamaq istəyən şagirdlər iştirak ediblər.

 

17-18 dekabr tarixində müsabiqənin seçim mərhələsində iştirak edən şagirdlər dekabrın 26-da final mərhələsinə qatılacaqlar.

 

Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə keçirilir.


Açar sözlər: ,  ,