25.12.2022

Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib

Dekabrın 25-də cari tədris ili üçün respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.

 

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 2938 şagird Respublika fənn olimpadalarının rayon (şəhər) mərhələsində iştirak edib.

 

Regionun 6 mərkəzində keçirilən fənn olimpiadaları 8, 9,10,11-ci siniflər arasında 8 fənn (riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrədir.

 

Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir.

 

Fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə keçirilir.

 


Açar sözlər: ,