05.05.2023

Direktorlar üçün təlimlər davam edir

Qarabağ Regional Təhsil İdarəsi tərəfindən yeni təyin olunmuş direktorlar üçün təlimlər davam edir.

 

Təlimdə çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov yeni təyin olunmuş direktorlara şəffaf tədris mühitinin yaradılması, vətəndaş məmnunluğu və digər müvafiq mövzular ilə bağlı tövsiyələrini verib.

 

Daha sonra idarənin digər əməkdaşları təhsil qanunvericiliyi, müasir təlim nəzəriyyəsi , kargüzarlıq, sənədlərlə iş və digər müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb.

Sonda direktorları maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: ,