Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Füzuli şəhəri M.Uluqbəy adına 1 nömrəli tam orta məktəbin kollektivi ilə görüşüb.
İdarə müdiri məktəbin tədris vəziyyəti ilə tanış olub, dərs prosesində iştirak edib.
Daha sonra kollektivlə görüş keçirilib. Görüşdə idarə müdiri təhsil müəssisələrində şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində tövsiyələrini verib. Tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi, sağlam pedaqoji mühitin formalaşdırılması, etik davranış qaydalarına riayət edilməsinin vacibliyini qeyd edib.
Kollektivin problemləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.