Təhsil naziri Şirvanda vətəndaşları qəbul edib
Yanvarın 16-da təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhərindəki Olimpiya İdman Kompleksində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib.
ƏtraflıRespublika fənn olimpiadalarına start verilir
Yanvarın 15-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinə start veriləcək.
Ətraflı2300 nəfərədək müəllim üçün diaqnostik qiymətləndirmə
Yanvarın 10-da ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlərin qiymətləndirilməsinə start verilib. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən qiymətləndirmədə 2300 nəfərədək müəllimin iştirakı nəzərdə tutulur.
ƏtraflıDiaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılıb
2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunacaq.
ƏtraflıTəhsil naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov 16 yanvar 2017-ci il tarixində saat 11:00-da Şirvan şəhərindəki Olimpiya Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.
ƏtraflıDaha iki müəllim maksimum bal topladı
Dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib.
ƏtraflıRayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb
Dekabrın 20-də Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib.
ƏtraflıDekabrın 15-də təhsil naziri Mikayıl Cabbarov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
ƏtraflıNövbəti diaqnostik qiymətləndirməyə start verilib
Dekabrın 15-də Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.
ƏtraflıSalyan, Neftçala və Biləsuvar rayon müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
15-16 dekabr tarixlərində Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
ƏtraflıTəhsil naziri İmişli şəhərində vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov 15 dekabr 2016-cı il tarixində saat 13:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.
ƏtraflıKürdəmirdə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır
Dekabrın 8-də Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmə üç gün davam edəcək və 7000 nəfərdən çox müəllim imtahanlarda iştirak edəcək.
Ətraflı8-10 dekabr 2016-cı il tarixlərində Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda bu rayonla yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək.
ƏtraflıDekabrın 2-də Göygöldə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsinə başlanılıb. Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də Göygöldə imtahan verəcək.
Ətraflı“Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” yeni redaksiyada təsdiq olunub
“Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2016-cı il tarixli 479 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” yeni redaksiyada təsdiq olunub.
Ətraflı